XƏBƏRLƏR / Qayıdış

SOCAR Laçında ilk yanacaq-doldurma məntəqəsini açıb

Modul yanacaqdoldurma məntəqəsi Laçın-Şuşa yolu ilə hərəkət edən avtomobillər üçün nəzərdə tutulub

SOCAR Laçında ilk yanacaq-doldurma məntəqəsini açıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Laçında SOCAR markalı yanacaqdoldurma məntəqəsi istifadəyə verilib 

    “SOCAR PETROLEUM” Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərini təmin etmək məqsədilə Laçın şəhərində “SOCAR” markalı yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

    Modul yanacaqdoldurma məntəqəsi Laçın-Şuşa yolu ilə hərəkət edən avtomobillər üçün nəzərdə tutulub. Aİ-92 markalı benzin və Dizel yanacaq məhsullarının satılacağı yanacaqdoldurma məntəqəsində 2 ədəd yanacaq paylayıcı quraşdırılıb. Eyni zamanda, iki yüngül və ağırtonnajlı avtomobillərin yanacaqla təmin olunması üçün müvafiq şərait yaradılıb.

    Eyni zamanda, son vaxtlar ölkəmizdə elektromobillərə marağın sürətlə artdığını nəzərə alaraq, Laçında istifadəyə verilmiş modul tipli yanacaqdoldurma məntəqəsində elektriklə işləyən avtomobillərin enerji ilə doldurulması üçün avadanlıqların quraşdırılmasına başlanılıb.