XƏBƏRLƏR / Münaqişə

SM-in mətbuat və təminat avtomobili Laçın istiqamətinə getdi

Onlar azərbaycanlı ekofəalların keçirdiyi dinc aksiya ərazisindən maneəsiz hərəkət ediblər

SM-in mətbuat və təminat avtomobili Laçın istiqamətinə getdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir. Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir mətbuat və bir təminat avtomobili aksiya ərazisindən maneəsiz keçib.

    Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.