XƏBƏRLƏR / Hadisə

Silahlı hücum edənlərin biri məhv edildi, digəri tutuldu

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti bildirib.

Silahlı hücum edənlərin biri məhv edildi, digəri tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Xətai rayonunda cinayət əməli törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, əməliyyat tədbirləri davam edir.

    Əlavə məlumat veriləcək.

    Qeyd edək ki, bu gün Xətai rayonu ərazisində yerləşən hipermarketdə silahlı insident törədilib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.