XƏBƏRLƏR / Din

Şeyxülislam Moskvaya gedir

Allahşükür Paşazadə Rusiyanın din xadimləri, o cümlədən Patriarx Kirill ilə görüşəcək

Şeyxülislam Moskvaya gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sabah Moskvaya yola düşür. Şeyxülislam dekabrın 8-9-da keçirilməsi planlaşdırılan “Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri” adlı 18-ci beynəlxalq müsəlman forumunda iştirak edəcək.

    Səfər proqramına Paşazadənin Rusiyanın din xadimləri, o cümlədən Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşləri də daxildir.