XƏBƏRLƏR / Münaqişə

Separatçılar Azərbaycanla danışıq aparmaqdan imtina edir

Separatçılar Xankəndidə Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayının gündən-günə artmasından qorxurlar

Separatçılar Azərbaycanla danışıq aparmaqdan imtina edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Erməni separatçıları şərtləri yerinə yetirilməyənə qədər rəsmi Bakının nümayəndələri ilə növbəti görüşlərdən imtina edirlər. Bunu separatçı Qurgen Nersisyan deyib.

    “Biz görüş xatirinə görüş keçirə bilmərik. Onlar konkret məsələləri müzakirə etmək üçün keçirilməlidir. İndi top Azərbaycanın tərəfindədir, hamı Azərbaycanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir".

    Separatçıların "tələbi" Laçın dəhlizində gediş-gəlişin bərpa edilməsidir.

    Bu arada qondarma respublikanın oyuncaq "başçı"sının oyuncaq "müşavir"i  David Babayan bildirib ki, əgər kimsə Azərbaycanla inteqrasiya məsələsini qaldırsa, bu, ən yaxşı halda intihar olacaq.

    “Cəmiyyət yaxşı anlamalı və vəziyyəti təsəvvür etməlidir, hansı missiyanı yerinə yetirməlidir.  Bir, iki, üç nəfər, deyək ki, satqın, sadəlövh, ələ alınan hər cəmiyyətdə ola bilər, amma əsas hissəsi, təbii ki, özünü Azərbaycanın bir parçası kimi görmür".

    Qeyd edək ki, Azərbaycan vətəndaşı olmaq istəyən qarabağlı ermənilərin sayı gündən-günə artır və Babayan da məzh onları nəzərdə tutaraq bu bəyanatı verib.