“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində ilk zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq". Təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə bu barədə danışarkən deyib.
E.Əmrullayev Ağalıya qayıdışa görə ölkə başçısı İlham Əliyevə təşəkkür edib:
“Ağalı məktəbinə, artıq direktor təyinatı olub. Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayı kifayət qədərdir”.