Seçilən

Bədii film

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Filmin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir. Filmdə Ermənistan tərəfindən Azərbaycan prezidentinə hazırlanmış terror aktının təşkilindən və ölkədə xaos yaratmaq niyyətindən bəhs edilir. Ermənistan xüsusi xidmət orqanlarının əli ilə Azərbaycan dövlətinə və onun başçısına qarşı terror aktı hazırlanır. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarına rəhbərlik edən beynəlxalq terrorçu Zorik Babayan (Kazım Abdullayev) Ermənistan dövləti tərəfindən Azərbaycanın dövlət başçısını öldürmək tapşırığı alır. Görülən operativ əməliyyatlara baxmayaraq, Zorik Babayan Bakıya gəlməyə müvəffəq olur. Bundan əlavə, Azərbaycanda bir qrup satqın terrorçunun zərərsizləşdirilməsinə mane olmağa çalışır. General Əli Talıbova (Elşən Rüstəmov) terror aktının qarşısını almaq tapşırılır. Vətənə, dövlətə, insanlara sevgi aşılayan bu filmdə Natəvanla (Sevinc Əlişova) Əlinin məhəbbəti filmin melodram xəttinin əsasını təşkil edir.

    Çəkiliş Qrupu

    Rejissor(lar): Məsud Abpərvər
    Ssenarist(lər): Vahid Naxış
    Baş Rollarda: Kazım Abdullayev, Elşən Rüstəmov, Sevinc Əlişova
    Digər Rollarda:  İlqar Musayev, Telman Əliyev, Nazir Rüstəmov, Şahmar Qəribli, Əlibaba Ələsgərov, Məzahir Süleymanov, Namis Şirməmmədov və s.