XƏBƏRLƏR / Münaqişə

Sarıbaba yüksəkliyi istiqamətində erməni təxribatı

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Sarıbaba yüksəkliyi istiqamətində erməni təxribatı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Xəbərə görə, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.