Şanlıurfanı sel apardı VİDEO

Ölən və İtkin düşən var YENİLƏNİB

  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:15

    Türkiyədə daşqınlarda ölənlərin sayı 10-a çatıb. Məlumatı TRT Haber yayıb.

    AFAD Adıyaman və Şanlıurfanın Tut mahalında leysan yağışlar nəticəsində meydana gələn daşqınlarla bağlı açıqlama verib.

    Adıyamanın Tut rayonunda son 24 saatda hər kvadratmetrə 136 millimetr yağıntı düşüb. 1 konteynerdə baş verən sel nəticəsində 1 vətəndaş ölüb. İtkin düşən 3 vətəndaşın axtarış-xilasetmə işləri davam edir.

    Axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün Adıyaman mərkəzindən Tut qəsəbəsinə 15-i nəqliyyat vasitəsi, 14-ü peşəkar dalğıc, 140-ı axtarış-xilasetmə heyəti olmaqla, ümumilikdə 346 canlı qüvvə cəlb olunub. Bölgəyə iş maşınları ilə yanaşı, 10 vakuum maşını, 50 motor və sualtı nasos, 6 xilasedici qayıq yola salınıb.

    Şanlıurfaya son 24 saatda 111 millimetr yağıntı düşüb. Hadisə yerinə Şanlıurfa, Adana, Bingöl, Mersin və Qaziantepdən axtarış-xilasetmə heyəti göndərilib.

    Şanlıurfanın Tandoğan səmtindəki Yavuzlar binasının zirzəmisində 5 nəfərin cansız cəsədi tapılıb. Onlar Suriya əsillidir. Bununla da şəhərdə sel fəlakətində həyatını itirənlərin sayı 9-a yüksəlib.

    Şanlıurfaya 270 tikinti texnikası, 5 vakuum maşını, 100 sualtı nasos və motor nasosu, 25 su qayığı, 23 axtarış-xilasetmə maşını, 17 peşəkar dalğıc, 162 axtarış-xilasetmə personalı göndərilib.

    Daxili işlər naziri Süleyman Soylu bunları deyib: "Təəssüf ki, gecə saatlarından başlayan leysan yağış selə çevrilib. 4 vətəndaşımız sel sularında qalıb, onlardan biri 1,5 yaşlı uşaqdır. Təəssüf ki, 1 nəfər dünyasını dəyişib".

    ***

    Türkiyənin Şanlıurfa və Adıyaman vilayətində sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 5-ə çatıb. 10 nəfər itkin düşüb. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

    Qeyd edək ki, Şanlıurfada dünən axşam saatlarından etibarən davam edən leysan yağışı sel sularına səbəb olub. Bir çox məhəllələri su basıb.

    Dalğıcların bölgədə axtarış-xilasetmə işləri apardığı bildirilir.