Rusiyanın müttəfiqi kimi Azərbaycanın ən mühüm rolu
Rusiyanın “Nezavisimaya qazeta”sı yazır
Qəzet yazır: “Hələ 2010-cu illərdə hamımız Rusiyanın kimin müttəfiqi hesab edilməli olduğu və “müttəfiq” və “strateji tərəfdaş” kimi konseptual anlayışların arxasında prinsipcə nəyin dayandığı sualı ətrafında son dərəcə qızğın müzakirələrin şahidi olmuşuq.
Belə görünür ki, cavab üzdədir – strateji tərəfdaş Rusiyanın müvafiq sənədlər paketi, eləcə də ümumi inteqrasiya platformalarında iştirakı ilə əlaqəli olduğu tərəfdaşdır.
Bəs bu parametrlərin olması həmişə ikitərəfli gündəliyin real məzmununa uyğun gəlirmi?
Eyni zamanda, Rusiyanın dost dairəsinə Moskva ilə formal “müttəfiqlik” meyarları ilə bağlı görünməyən, lakin bir sıra amil baxımından, artıq belə səviyyəyə çatmış çox böyük dövlətlər qrupu daxildir: ticari-iqtisadi əlaqələrin xüsusiyyətləri, ikitərəfli gündəliyin genişliyi və s. Bütün bunlar, əlbəttə ki, Sergey Lavrovun “müttəfiqlərin qarşılıqlı fəaliyyət səviyyəsi” kimi müəyyən etdiyi münasibətlərə (Rusiya xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə 2022-ci il mayın 12-də keçirdiyi görüşdə açılış nitqindən sitat) – Azərbaycana aiddir. Təbii ki, söhbət söz oyunundan getmir, çünki Müttəfiqlərin Əməkdaşlıq Bəyannaməsini Vladimir Putin və İlham Əliyev imzalayıblar. Bunun nəticəsidir ki, Azərbaycan Rusiyanın müttəfiqləri arasında şərəfli yer tutur.
Bu gün, ötən 30 ildən baxanda aydın görmək olar ki, Rusiya–Azərbaycan münasibətlərinin normallaşması və möhkəmlənməsi prosesi necə çətin keçib. Ölkələrimizin inkişafında mənfi iz qoyan insanların adları unudulub. Eyni zamanda, məhz o vaxtlarda – 1990-cı illərin qasırğasında ilk əsas sənədlər imzalandı: apreldə Rusiya Azərbaycanın müstəqilliyini tanıdı və ölkələrimiz arasında tam diplomatik münasibətlər quruldu, oktyabrda isə “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik” müqaviləsi imzalandı.
Rusiya–Azərbaycan dialoquna xüsusi dərinlik və dolğunluq verən ən mühüm amil Vladimir Putin və İlham Əliyev kimi ümummilli liderlərin burada olmalarıdır”.
Qəzet daha sonra yazır: “Rusiya Prezidenti, digər məsələlərlə yanaşı, çətin eniş-yoxuşlara baxmayaraq, Qarabağ münaqişəsinin Azərbaycanın, regionun bütün sakinləri, o cümlədən erməniəsilli Azərbaycan vətəndaşlarının maraqlarına uyğun şəkildə həllinə yaxın olan ikitərəfli münasibətlərin bütövlüyünü qoruyub saxlaya bildi.
Azərbaycan Prezidentinə gəlincə o, hələ sovet dövründə struktur olaraq formalaşmış ümumi məkanın ən məhsuldar, müsbət cəhətlərini nəinki qoruyub-saxlamağa, hətta inkişaf etdirməyə də nail olub. Burada əsas odur ki, Azərbaycanın sosial-humanitar məkanı humanist, informasiya və elmi aspektlərdə Rusiya məkanı ilə harmonik birlik çərçivəsində inkişaf edir. Bu, xüsusən də Azərbaycanda orta məktəblərdə və ali təhsil müəssisələrində rus dilində təhsilin qorunub-saxlanılmasıdır. Bütün postsovet regionunda rusdilli informasiya və mədəni məkanın azalması tendensiyası nəzərə alınsa, bu, kifayət qədər vacib cəhətdir. Bu baxımdan, Azərbaycan Cənubi Qafqazdakı qonşularından fərqli olaraq səhvə yol vermədi.
Son illərdə liderlərin səlahiyyət dairəsində prezidentlər arasında ünsiyyətin vacibliyi haqqında çox danışılır. İki güclü, iradəli siyasətçinin açıq dialoqa bacarığı və hazırlığı hər mənada ikitərəfli qarşılıqlı fəaliyyət strukturunu gücləndirir. Vladimir Putin və İlham Əliyev keşməkeşli dövrümüzdə nadir siyasi liderlər tandemidir, optimal həll yollarını tapmağı bacaran iki xarizmatik siyasətçidir.
İki prezidentin qarşılıqlı fəaliyyəti Qarabağ probleminin həllində əsas rol oynayıb və bu, 2020-ci il noyabrın 10-da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmanın ədalətli prinsiplərini həyata keçirən iki liderin tam yekdilliyində öz əksini tapıb.
Baxmayaraq ki, Moskvadakı erməni təbliğatının ruporları Azərbaycanın tez-tez Rusiya hakimiyyətinin diqqətini cəlb etdiyi iki ölkənin müttəfiq qarşılıqlı fəaliyyətinə qarşı informasiya təxribatını davam etdirirlər. Eləcə də ermənipərəst jurnalistlərin və təbliğatçıların Ermənistanın ictimai rəyində revanşist əhval-ruhiyyə oyatmaq cəhdləri, ilk növbədə, Rusiyanın regional təhlükəsizlik sisteminin və dayanıqlı, sabit dünyanın yaradılması missiyasını təhlükə altına alır.
Belə bir misal kimi, Azərbaycanın, guya, Rusiya sülhməramlılarından hərbi hissələrini yerləşdirmək üçün nəzarət zonalarını boşaltmağı tələb etməsi barədə “virus” şayiələrin yayılması olub. Ola bilsin, bu şayiə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ABŞ-ın İrəvandakı səfirliyindəki infrastruktura əsaslanaraq uydurulub. Baxmayaraq ki, bu versiya olmasa belə, Qarabağ münaqişəsinin informasiya məkanı elə saxtakarlıqla doludur ki, hətta çox möhkəm münasibətləri də məhv edə bilər.
Eyni zamanda, unutmaq olmaz ki, çoxsaylı problem və çətinliklər, o cümlədən tarixi və regional-geosiyasi xarakterli problemlər Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqədə “bulud” yaradır. Bu, xüsusilə media sferasında nəzərə çarpır. Lakin iki ölkə liderlərinin müdrikliyi və soyuqqanlılığı onlara çətinlikləri fürsətə çevirməyə kömək edir.
Birgə iqtisadi layihələr çərçivəsində Moskva və Bakı arasında, 2020-2021-ci illər pandemiyasına baxmayaraq, ticarət dövriyyəsi 16 faiz artaraq 3,3 milyard dollar təşkil edib.
Qərb ölkələrinin Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların bank, maliyyə və sığorta nəticələri və onlarla qarşılıqlı əlaqənin azərbaycanlı tərəfdaşlar üçün artan riskləri uğurla aradan qaldırılır. Nümunə olaraq qeyd edirik ki, 2022-ci ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi 1,57 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çoxdur.
Sənayedə əməkdaşlığımız bir sıra sahələrdə – gəmiqayırma, avtomobil, əczaçılıq, kimya sənayesi üzrə inkişaf edir...
Əslində, Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin mənası da budur. Zəngəzur dəhlizi təkcə regionda sosial-iqtisadi fəallığın stimuluna çevrilməyəcək, həm də Rusiyadan İran körfəzinin limanlarına əlavə “böyük tranzit” kanalını təmin edəcək.
Beləliklə, Moskva və Bakının müttəfiq strategiyası Rusiyanın postsovet regionu dövlətlərinin təmsil etdiyi dostlar koalisiyasını yaratmaq səylərinin ümumi kontekstinə uyğun gəlir.
...Və Azərbaycanın bu məsələdə həlledici rolu var.