XƏBƏRLƏR / Münaqişə

Rusiyanın Krasnodar şəhəri hücuma məruz qalıb

Krasnodar meri bildirib ki, şəhərdə baş verən partlayışlar nəticəsində inzibati bina və yaşayış binasına ziyan dəyib

Rusiyanın Krasnodar şəhəri hücuma məruz qalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Krasnodarında səhər saatlarında bir neçə güclü partlayış baş verib. Partlayışı dronlar törətdiyi deyilir. 

    Krasnodar meri bildirib ki, şəhərdə baş verən partlayışlar nəticəsində inzibati bina və yaşayış binasına ziyan dəyib. O, itkilərin olmadığını iddia edir, lakin eyni zamanda hadisənin səbəbini dəqiqləşdirməyib.

    Yerli ictimaiyyət PUA-nın şəhərə hücumunun foto və videolarını yayıb.