XƏBƏRLƏR / Hadisə

Rusiyada 2 helikopter və 2 hərbi təyyarə düşdü

Hadisələrin yerdən açıldığı atəş nəticəsində baş verdiyi bildirilir

Rusiyada 2 helikopter və 2 hərbi təyyarə düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya hərbi aviasiyası bu gün iki helikopter və iki təyyarə itirdi:

    Bryansk vilayətində iki Mi-8 helikopteri və bir Su-34 qırıcı-bombardmançı və bir Su-35 qırıcısının yerdən vurulduğu bildirilir. Hər 4 hava aparatının heyəti həlak olub.

    Hərbi helikopter və təyyarələrin kim tərəfindən vurulduğu xəbər verilmir.

    Bryansk vilayəti Ukrayna ilə sərhəddə yerləşir.