XƏBƏRLƏR / Siyasət

Rusiya XİN-dən İrandakı səfirliyimizə hücuma reaksiya

Rusiya XİN sözçüsü Mariya Zaxarova bu barədə "Telegram" kanalında yazıb

Rusiya XİN-dən İrandakı səfirliyimizə hücuma reaksiya
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib. O, "Telegram" kanalında bu barədə yazıb.

    "Azərbaycan səfirliyinə hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik", - deyə Zaxarova qeyd edib.