Rusiya vasitəçiliyi davam etdirəcək
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
"Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində Rusiyanın vasitəçilik missiyasında maraqlı olduqlarını bir daha təsdiqləyiblər". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Tərəflər bizim vasitəçilik səylərimizdə maraqlı olduqlarını təsdiqləyiblər, ona görə də bu istiqamətdə işlər davam etdiriləcək", - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.