BLOQ

Rusiya sülhməramlıları yalnız Laçın dəhlizinə cavabdehdir

Bakı İrəvan və Moskvadan analoji addım gözləyirdi

Rusiya sülhməramlıları yalnız Laçın dəhlizinə cavabdehdir
Qarabağda Azərbaycan Ordusu və Rusiya sülhməramlı kontingentinin hərbçiləri
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fərrux kəndi və onun ətrafındakı yüksəkliklərdə baş verən proseslər, Azərbaycan və Rusiya Müdafiə Nazirliyinin məlumatlarındakı fikir ayrılıqları müharibədən sonrakı proseslərin növbəti böhranını nümayiş etdirir.

    Bu böhran üçtərəfli bəyanatların bəndlərinin həyata keçirilməsində irəliləyişin olmaması ilə bağlıdır. Qarabağdan erməni silahlı birləşməyi ərazilərdən çıxarılmayıb, Ermənistan siyasi gündəmində Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır, sülhməramlıların mandatı müəyyən edilməyib, kommunikasiyalar açılmayıb, sərhəd üzrə ikitərəfli komissiya işinə başlamayıb və sair.

    Gündəliyin bütün sadalanan maddələrinə konstruktiv yanaşma nümayiş etdirən Bakı İrəvan və Moskvadan analoji addım gözləyirdi. Lakin bunu görmədikdə beynəlxalq hüquqa və üçtərəfli bəyanatlara uyğun olaraq birtərəfli addımlar atmağa qərarlaşdırdı.

    Azərbaycan və Rusiya müdafiə nazirliklərinin məlumatlarındakı fərqlərə gəlincə isə bu, ilk dəfə deyil. "İsgəndər" raket kompleksindən istifadə "hekayəsində" də vəziyyət analoji idi.

    İstifadə olunan xəritələr, adlar və ümumi yanaşma vahid olmalıdır. Bu, fikir ayrılığına səbəb olmamalıdır.

    Azərbaycanda Rusiya sülhməramlılarının mandatı olmadığına görə "Rusiya sülhməramlılarının məsuliyyət zonası" anlayışı mövcud deyil. Sadəcə, sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisi var. Və Rusiya sülhməramlıları yalnız Laçın dəhlizinə cavabdehdir.