Rusiya səfiri İranın xarici işlər naziri ilə görüşüb
Levan Caqaryan Tehrandakı missiyasının başa çatması ilə əlaqədar vida görüşü keçirib

Rusiyanın İrandakı səfiri Levan Caqaryan Tehrandakı missiyasının başa çatması ilə əlaqədar İranın xarici işlər naziri Hüseyn Əmirabdollahyanla vida görüşü keçirib.
Əmirabdollahyan Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın rədd edildiyini bildirib, fikir ayrılıqlarının sülh və siyasi yolla həllinin vacibliyini vurğulayıb.O, regionda istənilən geosiyasi dəyişikliyi qəbuledilməz adlandırıb, bölgədə sakitliyin bərpası üçün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.