Rusiya dost olmayan ölkələrə qazı rublla satacaq
Rusiya prezidenti Vladimir Putin qaz ticarəti qaydaları haqqında fərmanı imzalayıb
Aprelin 1-dən qüvvəyə minən fərmana görə, Rusiya dost olmayan ölkələrə qazı rublla satacaq. Bu barədə Rusiya Prezidenti Vladimir Putin özü bildirib.
Qeyd edək ki, Ukrayna ilə müharibəyə görə Qərbin sərt sanksiyaları ilə üz-üzə qalan Rusiya dost olmayan ölkələrlə qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rubla keçib.
Rəsmi Moskva bunu Qərbin Rusiyanın Mərkəzi Bankının valyuta ehtiyatlarını dondurmaq qərarına cavab olaraq atdığını açıqlayıb.
Rusiya dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməyəcəyi təqdirdə, bunu müqavilə şərtlərinin pozulması hesab edəcək.
RİA “Novosti” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin aviasiya sahəsinə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
Qeyd edək ki, bu çıxışdan sonra Fransa və Almaniya Putinin şərtlərini qəbul etməyəcəklərini bəyan ediblər.
Putinin açıqlamaları fonunda Avropa birjalarında qazın qiyməti min kubmetr üçün 1450 dollara qalxıb.