XƏBƏRLƏR / Mədəniyyət

Robert De Niro 79 yaşında yeddinci dəfə ata olub

"PageSix” saytı uşağın anasının 2015-ci ildə “The Intern” filmində Robert De Niro ilə birlikdə rol alan və o vaxtdan aktyorla birlikdə yaşayan Tiffany Chen olduğunu yazıb

Robert De Niro 79 yaşında yeddinci dəfə ata olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Amerikalı kino ulduzu Robert De Niro 79 yaşında yeddinci dəfə ata olduğunu deyib.

    Aktyor uşağın cinsiyyəti və anasının kimliyi barədə məlumat verməyib.

    “PageSix” saytı uşağın anasının 2015-ci ildə “The Intern” filmində Robert De Niro ilə birlikdə rol alan və o vaxtdan aktyorla birlikdə yaşayan Tiffany Chen olduğunu yazıb.

    Robert De Nironun 1976-1988-ci illər ərzində evli olduğu ilk həyat yoldaşı Diahnne Abbottdan 51 və 46 yaşlarında iki övladı, 1988-1996-cı illərdə bərabər yaşadığı Toukie Smitdən 27 yaşında əkiz uşağı və 1997-ci ildə evləndiyi Grace Hightoverdən 24 və 11 yaşlarında iki övladı var.