XƏBƏRLƏR / Hərbi

Qubadlıda döyüş sursatları aşkarlandı

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib

Qubadlıda döyüş sursatları aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.