Qaydasız Döyüş Bədii Serialı

1-ci hissə

  • Oxuma müddəti:

    0 dəqiqə

  • "Qaydasız döyüş" müasir gənc intellektual nəsillə artıq ömrünü yaşamış, pul, var-dövlət, vəzifə hərisliyini həyat amalı seçən nəsil arasında gedən gizli münaqişəyə həsr olunub. Əslində hər şey aydındır: köhnə maqnatlar öz yerlərini tenderdə qalib gələn gənclərə verilməlidir. Amma onlar öz gəlir və postlarından asanlıqla əl çəkmək istəmir, ən yüksən eşalonlarında arxa axtarır, yeri gələndə kriminal hərəkətlərdən çəkinmirlər. Əsasən, detektiv janrında yazılan ssenaridə hadisələr getdikcə düyünlənir, qəlizləşir.

    Ssenari müəllifləri: Kamran Qasımov, İlqar Fəhmi

    Rejissor: Yaşar Əhmədov, Abbas Paknəhad

    Baş prodüser: Vahid Mustafayev

    Rollarda: Rəşad Səfərov, Anar Heybətov, Rada Nəsibova, İlqar Cahangir, Kazım Abdullayev, Elxan Quliyev və başqaları.

     

    İlk nümayiş tarixi: oktyabr, 2009-cu il.