XƏBƏRLƏR / Hərbi

Qarsda keçirilən “Qış-2023” birgə təlimləri yekunlaşdı

Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri təlimlərinin yekun mərhələsini izləyiblər

Qarsda keçirilən “Qış-2023” birgə təlimləri yekunlaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri “Qış-2023” birgə təlimlərinin yekun mərhələsini izləyiblər.

    Təlimlərdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan da daxil olmaqla 18 ölkənin hərbi qulluqçuları iştirak edir. Ümumilikdə 2113 nəfər şəxsi heyət iştirak edir ki, onlardan 189-u xarici ölkələrdən olan hərbi qulluqçulardır.

    Sərt hava şəraitində keçirilən “Qış-2023” təlimlərində Türkiyənin Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz Qüvvələri, xüsusi təyinatlıların digər bölmələri iştirak edir.