XƏBƏRLƏR / İdman

"Qarabağ" fransalı hücumçunu transfer etdi

Bu barədə klubun rəsmi saytı xəbər verib

"Qarabağ" fransalı hücumçunu transfer etdi
Adama Diakabi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytı xəbər verir ki, "köhlən atlar" Adama Diakabini transfer edib.

    Fransalı hücumçu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.

    Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.