XƏBƏRLƏR / İdman

"Qarabağ" FK 10-cu dəfə ölkə çempionu oldu

Bu gün Premyer Liqanın 34-cü turu idi

"Qarabağ" FK 10-cu dəfə ölkə çempionu oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdamın “Qarabağ"  futbol klubu Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün başa çatmasına iki tur qalmış növbəti çempionluğunu qazanıb.

    Bu gün Premyer Liqanın 34-cü turu çərçivəsində səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri ən yaxın təqibçisi - "Sabah" üçün əlçatmaz olub.

    Hesabı 71-ci dəqiqədə Bəhlul Mustafazadə açıb. 6 dəqiqə sonra Ramil Şeydayev penaltini qola çevirib. 86-cı dəqiqədə isə o, oyuna son qoyub.

    Beləliklə, “Qarabağ” 9 dəfə ölkə çempionu olan “Neftçi”ni bu göstəricidə qabaqlayaraq, yeni rekorda imza atıb.