XƏBƏRLƏR / Münaqişə

Qarabağ erməniləri Bakıya gəlməkdən imtina etdi

Bu barədə separatçıların "Xarici İşlər Nazirliyi" bildirib

Qarabağ erməniləri Bakıya gəlməkdən imtina etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qarabağdakı separatçı anklavın "Xarici İşlər Nazirliyi" Azərbaycanın dəvətinə reaksiya verib

    Separatçıların "Xarici İşlər Nazirliyi" bildirib ki, danışıqlar yalnız birinci görüşün şərtləri ilə - Rusiya hərbi kontingentinin vasitəçiliyi ilə eyni yerdə və “humanitar, infrastruktur, texniki məsələlər həddindən artıq siyasiləşmədən” müzakirə edilərək aparıla bilər: Həmçinin qeyd olunub ki, danışıqlar tərəflərin bərabərliyinə dair beynəlxalq təminatlar olduqda aparılmalıdır.

    Qeyd edək ki, rəsmi Bakı danışıqların aparılması üçün erməniləri Bakıya dəvət etmişdi.