XƏBƏRLƏR / Qayıdış

Qarabağ erməniləri Azərbaycanla danışmaqdan imtina etdi?

Qondarma "respublikanın" oyuncaq "rəhbərliyi" cavab verməyi İrəvanda oturan "müşavirə" həvalə etdi

Qarabağ erməniləri Azərbaycanla danışmaqdan imtina etdi?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bütün gün fikirləşəndən sonra Qarabağda yaşayan ermənilərin "rəhbərləri" Azərbaycanın danışıqları Bakıda davam etmək təklifinə "keçmiş xarici işlər naziri" indi isə oyuncaq "müşavir" postunu tutan David Babayana həvalə etdilər. Qeyd edək ki, bu zavallı Babayan hal hazırda heç Xankəndində də deyil. O 2022-ci ilin dekabrından sonra İrəvanda ilişib qalıb.

    O, news.am saytına müsahibəsində deyib ki, "Dağlıq Qarabağla Azərbaycan arasında danışıqlar yalnız bərabərhüquqlu tərəflər kimi mümkündür. Danışıqlar yalnız bərabərhüquqlu tərəflər arasında, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təmsil etdiyi beynəlxalq vasitəçilərin iştirakı ilə aparıla bilər."

    Babayanın dediyini heç özü də başa düşməsə də, Azərbaycanda bu - danışıqları rədd edilməsi kimi qəbul edilir. Lakin....

    Ermənilər gülünc biclik işlətməsəydilər öz erməniliklərinə xəyanət etmiş olardılar. Azərbaycanın rəsmi təklifinə qondarma "sarsax"ın nə oyuncaq "prezidenti", nə də "qozministiri" cavab verir. Cavab heç Azərbaycan ərazisində mövcud olmayan hansısa "müşavirdən" gəlir ki, sabah separatçılar deyə bilsinlər ki, biz danışıqdan imtina etməmişik, Babayan isə heç kimdir və onun belə bəyanatlar verməyə hüququ yoxdur.

    Bədbəxtlər elə bilir ki, siyasət-siyasət oynayırlar. Bəs, bir lətifə deyildiyi kimi, "divar qurtarandan sonra" nə edəcəklər?