BLOQ

Qara Dağ

Bu gün Qaradağlı faciəsindən 31 il ötür

Qara Dağ
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ümumilikdə, o vaxt Dağlıq Qarabağda üç böyuk kənd olub ki, dörd tərəfi erməni kəndlərinin əhatəsində olub. Bütün asfalt, torpaq yolları erməni kəndlərinin və rayonlarının içərisindən keçib, yəni başqa çıxış yolları olmayıb - Malıbəyli-Quşçular, Qaradağlı kəndi (Xocavənd rayonu) və Xocalı rayonu. Malıbəylini birtəhər çıxardıq, qalan iki kəndə və rayona nə dövlət sahib çıxdı, nə də içərilərində təcrübəli bir zabit və ya döyüşçü oldu. Qalan bütün azərbaycanlı kəndlərinin üç tərəfi baglı olsa da, bir tərəfdən çıxış yolları olub və bütün əmlak, mal-qaralarını göturməklə sag-salamat çıxıblar.

    1992 -ci ilin avqust ayında mən (sürücü və üç müstəntiq də mənimlə idi) Qaradağlı kəndində olarkən, kəndi Ağdam OMON-undan cəmi iki nəfər muhafizə edirdi. Onların da hər birində 6-7 patron qalmışdı. Baxmayaraq ki, biz erməni kəndlərinin içərisindən keçməklə arxaya 39 km məsafəni qət edib təzədən Şuşaya dönməliyik, üstümüzdə və çantamızda nə qədər patron və qumbara var idi, onlara verdik. Bilirdim ki, hər dəqiqə ermənilər öz kəndlərində qarşımız kəsə bilərlər, ona görə də özümə bir qumbara, bir avtomat darağı saxladim. Cəhənnəm, biri var dörd nəfər, biri də var bütün kənd əhalisi.

    Üstündən cəmi yeddi ay keçdi və nəticədə əlacsız və çarəsiz qalmış Qaradağlı camaatını təhqir etdilər və qırdılar. Özü də vəhşicəsinə qırdılar. İnsanları Xankəndində maşınlara doldurublar və yarı yolda ermənilərin Dağdağan kəndində saxlayıb 10 nəfəri qadın və üşaq olmaqla, 17 sakinin başını asfaltın ortasında, öz kənd sakinlərinin ayaqları altında kəsiblər, bir çox qadını hamının gözü qarşısında zorlayıblar.

    Bu gün QARADAĞLInın qətl günüdür (Hər gün, hər saat, hətta yatmamışdan əvvəl də oturub düşünürəm, bütün bu baş verənlərdən sonra erməni ilə necə barışmaq, necə yaşamaq olar? Bizi nəyə məcbur edirlər? Hələ ki, cavab tapa bilmirəm...

    P.S. Geri qayıdarkən “Horoy” kafesindən iki nəfər əlisilahli ermənini həbs edərək Şuşa türməsinə təhvil verdik, avtomatlarını isə Şuşa rayon Polis şöbəsinə bagışladlq. Adam dəli olur, vallah!