"Qar adamı" mövzusu yenidən gündəmə gəldi VİDEO

Qeyri-adi və nəhəng dağ keçisinin görüntüləri

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Səyahətçi nəhəng dağ keçisi ilə üz-üzə gəlir və onu telefonu ilə videoya çəkir.

    Dağda gəzən nəhəng və iri əzələli keçi videosu bütün dünyada insanları şoka salıb. Altı saniyəlik bu video twitterdə paylaşıldıqdan bir neçə saat sonra milyonlarla baxış toplayıb. İstifadəçi videonun altından “Meşədə gördüyüm nəhəng əzələli dağ keçisi” şərhini yazıb. 

    Kadrlarda çəkiliş aparan adamdan bir neçə metr aralı kollar arasından ağ rəngli, tüklü, vəhşi heyvanın ov axtarmaq üçün çıxdığı görünür.

    Nəhəng keçiyə oxşayan bu heyvanın qalın yunlu dərisi, qısa quyruğu və qara buynuzları var.

    Kameraman keçidən etibarlı məsafə saxlayaraq, onun uzaqlaşaraq bir neçə ağacın arxasında gözdən itənə qədər çəkiliş aparıb.

    Videodakı sirli, mistik məxluq yenidən “Qar adam”ın mövcudluğu barədə cəmiyyətdə yeni şərhlərə səbəb olub.

    Twitin altında olan bəzi yazıları diqqətinizə çatdırırıq: 

    - “Deyəsən, bu acgöz bütün xırda keçiləri yeyib”.

    - "Bundan sonra yenə “Qar adam”ın olmasına inanmayacaqsınız?”.

    - “Bu, dağ keçisi deyil, bu dağ keçilərinin kompakt sürüsüdür”.