"Qanlı Yanvar"

4-cü hissə

  • Oxuma müddəti:

    2 dəqiqə

  • 2015, Azərbaycan, 16+

    Rejissor(lar): Vahid Mustafa Yev

    Ssenarist(lər): Vahid Mustafa Yev

    Digər Rollarda: Telman Əliyev, Azər Aydəmir, Mina Sovetski, Nəbahət Çehrə, Leyn Devis, Faiq Mirzəyev, Mina Seyid-Məmmədova, 20 yanvar 1990-cı il. O gün Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlığı və müstəqilliyi uğrunda böyük bir imperiya ilə mücadiləyə qalxdı və sovet ordusu tərəfindən qanına qəltan edildi. Azərbaycan şəhərlərinə daxil olan sovet ordusu tank və digər ağır texnika ilə qarşısına çıxanı qırırdı. Ən böyük toqquşmalar paytaxt Bakıda baş vermişdi. 140-a yaxın yerli sakin və 30-a qədər əsgər və zabit həlak olmuşdu. Qəlblərindəki Azadlıq Yanğısı ilə alışan gənclər və yeniyetmələr ən şirin nemət olan həyatlarından belə keçməyə hazır olduqlarını meydana qoydular. “Qanlı Yanvar” filmi həmin hadisəni bizə bir azərbaycanlı ailəsinin - Nərimanovların gözü ilə göstərir. İki qardaş – KQB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat - inqilabçı Mehdi bir-birilərinə əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıblar. Dramın mərkəzində onları boya-başa çatdıran ANA – Xədicə xanım bir sipər kimi dayanır. Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan görmək istəyir. Xədicə xanımın sözləri ilə desək, “... Sadəcə, onların yolları və yoldaşları ayrıdır!”. Vətən, Ana və Ailə sevgisinin qarşılaşdırıldığı film hər kəsin öz həqiqətini tanıyır. Amma bütün həqiqətlərdən başqa ali bir həqiqət də var... Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafa Yev filmdə real hadisələri canlandırmağa və qarşıda duran bir sıra suallara da cavab tapmağa çalışıb - Müstəqilliyin qiyməti, Anaların və övladların məsuliyyəti necə hesablanır, ümumiyyətlə, əlində silah olan bir kəs ədalətli ola bilərmi?