XƏBƏRLƏR / Siyasət

Qərb Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyir

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında deyib

Qərb Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə, regionda mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-nin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında deyib.

    Şoyqunun çıxışının tezisləri:

    - Qafqaz regionunda vəziyyət daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir.

    - Dağlıq Qarabağda təhlükəsizlik Rusiya sülhməramlı kontingenti tərəfindən dəstəklənir, lakin Qərb vəziyyətə hər cür müdaxilə etməyə çalışır.

    - Qərb üçün əsas məsələ “Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etməkdir”. Buna misal olaraq Ermənistanda Aİ-nin mülki missiyası adlanan və hərbçilərin və kəşfiyyatçıların daxil olduğu missiyanı göstərmək olar.

    - Bununla əlaqədar biz KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik.