Pərviz Şahbazov Yunanıstanlı həmkarıyla görüşüb
Nazir Kostas Skrekasla təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə edib
Energetika naziri Pərviz Şahbazov "Gələcəyə Körpü" adlı Rumınıya Beynəlxalq Qaz Konfransı çərçivəsində Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasla görüşüb.
Tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə edib. Bu il Yunanıstana qaz ixracımız 1.1 mlrd.m3 proqnozlaşdırılır.
Bu barədə Pərviz Şahbazov özünün Twitter hesabında yazıb.