Putinin təyyarəsi Tehrana enib
Rusiya Prezidenti sərt təhlükəsizlik tədbirləri çərçivəsində qarşılanıb
Rusiya Prezidenti Vladimir Putin VII Astana sammitində İbrahim Rəisi və R.T.Ərdoğanla görüşmək üçün Tehrana gəlib.
Rusiya Prezidentini İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani qarşılayıb. V.Putin heç kimlə əllə görüşməyib və sosial məsafə saxlayıb.
Qonağı qarşılamaqdan ötrü düzülən fəxri qarovul dəstəsi Rusiyanın təhlükəsizlik əməkdaşlarının təkidi ilə geri çəkilməli olub.
Vladimir Putin İbrahim Rəisi və R.T.Ərdoğanla ayrı-ayrılıqda görüşəcək və VII Astana sammiti çərçivəsində üçtərəfli görüşdə iştirak edəcək.