Putin Əliyevlə Paşinyanı Rusiyaya görüşə dəvət edib
Bunu o, MDB sammitində səsləndirib
Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderlərini Moskvada görüşdürmək istəyir. O bunu MDB-nin Astanada keçirilən sammitində təklif edib.
Bundan başqa, Putin Fransa Prezidenti Emanuel Makronun Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində mənfi rolu haqda səsləndirdiyi fikirlərə cavab verib.
“Makronun Rusiya Federasiyasının Dağlıq Qarabağdakı rolu ilə bağlı açıqlamalarını oxuyanda təəccübləndim. Rusiya hər zaman səmimi şəkildə istənilən münaqişənin, o cümlədən Qarabağın həllinə çalışıb”. V.Putin belə deyib.