XƏBƏRLƏR / Siyasət

Putin, Əliyev və Paşinyan mayın 25-də Moskvada görüşəcəklər

Məlumatı Nikol Paşinyan Ermənistan nazirlər kabinetinin iclasında verib

Putin, Əliyev və Paşinyan mayın 25-də Moskvada görüşəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mayın 25-də Moskvada Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin, İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan görüşəcəklər.

    Bu barədə Paşinyan məlumat verib.

    Paşinyan həm də Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb. O, qeyd edib ki, Azərbaycan 29,8 min kv.km, Ermənistan 86,6 min kv.km-i tanıyıb.

    "Sputnik Armenia"nın məlumatına görə, Nazirlər Kabinetinin iclasında Ermənistanın baş naziri qeyd edib ki, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətninin yekunlaşdırılmasına gəlməyə imkan verəcək. Növbəti addım delimitasiya komissiyasının formalaşdırılması üçün əsasların müəyyən edilməsi olmalıdır.

    Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin bəyanatında Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi üçün Xankəndi və Bakı arasında dialoqun əhəmiyyəti vurğulanıb. Paşinyan bunu Azərbaycanla uzunmüddətli sülh üçün mühüm addım hesab edir. 

    Erməni hökumətinin rəhbəri çıxışında əsirlərin qaytarılması məsələsinə də toxunub: "Əsirlərin qaytarılmasə ilə bağlı müzakirələr növbəti görüşlərdə davam etdiriləcək".