XƏBƏRLƏR / Siyasət

Putin Ermənistana nümayəndəsini göndərib

Paşinyanın Moskvvaya "parad" səfərindən dərhal sonra İqor Xovayev İrəvana gəlib

Putin Ermənistana nümayəndəsini göndərib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvanla Bakı arasında münasibətlərin nizamlanması məsələsini müzakirə ediblər.

    Tərəflər həmçinin regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasını müzakirə ediblər.

    Paşinyan yenidən Qarabağda guya Azərbaycanın Laçın yolunun “bağlanması” nəticəsində yaranan qondarma “humanitar böhran”dan danışıb.