Putin Ermənistan-Azərbaycan sərhəddindəki böhrandan danışdı
"Sonuncu sərhəd hadisəsinin Qarabağla heç bir əlaqəsi yoxdur"
Özbəkistanda mətbuat konfransı keçirən Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhəddindəki böhranla bağlı suala cavab verib.
Sual: Sizcə, hazırda Moskvanın Ukraynada xüsusi əməliyyatla məşğul olduğu bir vaxtda Qarabağdakı vəziyyətə başqa dövlətlər tərəfindən hansısa formada təsir etmək cəhdləri edilirmi? Və Rusiyanın indi həmkarlarına sülhü qorumaq üçün təsir göstərməyə davam etmək üçün resursları varmı?
Vladimir Putin: Gördüyünüz kimi, kifayət qədər var. Sonuncu sərhəd hadisəsinin Qarabağla heç bir əlaqəsi yoxdur. Bu, tamamilə başqa bir regionda, Ermənistanla Azərbaycan sərhədinin [bölməsindəndir]. Doğrudan da, biz buna və təbii ki, orada baş verən qurbanlara təəssüflənirik, həm də və hər şeydən əvvəl Rusiyanın təsiri ilə bu münaqişə lokallaşdırıldı. Ümid edirəm ki, bu belə davam edəcək. Bu da sizə resurslarla bağlı cavab, onlar hələ kifayətdir, şükür allaha.