XƏBƏRLƏR / Siyasət

"Prezidentlərin rəsmi görüşü olmayıb"

İrəvan Putinin açıqlamasına reaksiya verdi

"Prezidentlərin rəsmi görüşü olmayıb"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armen Xaçatryan Rusiya prezidenti Vladimir Putinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçlükdə danışığı barədə açıqlamasına münasibət bildirib. Ermənistan mətbuatı xəbər verir ki, o, rəsmi görüşdən söhbət getmədiyini açıqlayıb. "Rəsmi görüş olmayıb, ümumi masada müzakirə olub. Vladimir Putin yalnız bunu nəzərdə tutur", - deyə hökumət rəsmisi bildirib.

    Qeyd edək ki, 26-27 dekabr tarixlərində Sankt-Peterburq şəhərində MDB liderlərinin qeyri-rəsmi sammiti keçirilib.