XƏBƏRLƏR / İqtisadiyyat

Prezidentin köməkçisi və nazir İsrailə səfər edib FOTO

Bu barədə İsrailin Azərbaycandakı Səfirliyi məlumat yayıb

Prezidentin köməkçisi və nazir İsrailə səfər edib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov və kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir. Bu barədə İsrailin Azərbaycandakı Səfirliyi məlumat yayıb.

    Qeyd olunub ki, nümayəndə heyəti dövlət və kənd təsərrüfatı təyinatlı torpaqların idarə olunması sahəsində biliklərini bölüşmək və ölkələr arasında gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə İsrail Torpaq Komitəsində görüş keçirib.