Prezident Aslan Aslanovu vəzifəsindən azad etdi
Bu barədə "president.az" yazıb

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunub. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 71 yaşlı Aslan Aslanov 2002-ci ildə AZƏRTAC-ın baş direktoru, 2018-ci il martın 15-də isə İdarə Heyətinin sədri təyin olunmuşdu.