XƏBƏRLƏR / İctimaiyyət

Polis əməkdaşı qida zəhərlənməsindən ölüb

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib

Polis əməkdaşı qida zəhərlənməsindən ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

    Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib.

    Araşdırma aparılır.

    Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.