Paşinyanın telefon zəngləri
Ermənistanın Baş naziri yenə Putin, Blinken və Makrona zəng vurub
Baş nazir Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub
“Həmsöhbətlər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxundular. Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidenti Ermənistan Respublikasının KTMT-yə müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
“Söhbət zamanı Makron dialoq və sülhü təşviq etməyə hazır olduğunu bir daha təsdiqlədi. Həmsöhbətlər ER-nin BMT Təhlükəsizlik Şurasına müraciətinin müzakirəsinə də toxunublar. Baş nazir Paşinyan beynəlxalq ictimaiyyətin baş verənlərə adekvat və məqsədyönlü reaksiya verməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Paşinyan həm də ABŞ Dövlət katibi Entoni Blinkenə də zəng vurub.
Əntoni Blinken döyüşlərdə həlak olanlara başsağlığı verib və ABŞ-ın sülh və dialoqu təşviq etməyə hazır olduğunu təsdiqləyib.
Həmsöhbətlər ER-nin BMT Təhlükəsizlik Şurasına müraciətinin müzakirəsinə də toxunublar. Baş nazir Paşinyan beynəlxalq ictimaiyyətin baş verənlərə adekvat və məqsədyönlü reaksiya verməsinin vacibliyini bir daha vurğulayıb.