BLOQ

Paşinyan yenə Azərbaycana sataşır?!

Ermənistan Baş prokurorunun Xankəndiyə qanunsuz səfəri hansı məqsəd güdür?

Paşinyan yenə Azərbaycana sataşır?!
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistanın Baş prokuroru RSK-nın Azərbaycanda müvəqqəti yerləşdiyi zonaya baş çəkib. Qeyd edək ki, bu məmur üçtərəfli formatın bir neçə altqrupundan birinin üzvüdür: Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının, hətta görüşləri də olub.

    Ermənistan hökumət üzvlərinin səfərlərini Paşinyan özü tənzimləyir və bu, Ermənistan rəhbərliyinin əldə olunmuş razılaşmaları pozmağa çalışdığı və ya prosesin İrəvan üçün əlverişli istiqamətdə getdiyi anlaşıldığı vaxtlarda baş verir.

    Lavrovun da daxil olduğu KTMT xarici işlər nazirliklərinin rəhbərlərinin də səfəri gözlənilir.

    İrəvan başa düşür ki, bu səfərlər Azərbaycanda ictimai rəyə təsir edir, belə səfərlərə şərait yaradan RMK-nın fəaliyyətini tənqid etməklə anti-Rusiya ritorikasına obyektiv şərait yaradır.

    İndiki şəraitdə RMK mandatının olmaması Azərbaycan hakimiyyətinin əleyhinə çıxış edir. Rəsmi səfərlər mövzusunda bütün razılaşmalar şifahidir və sənədlə tənzimlənmir.

    Azərbaycan nə edəcək?!

    Rəsmi Bakı heç nəyə baxmayaraq və təxribatlara rəğmən sülhsevər gündəmi təbliğ edir. Münaqişə bitdi, sülh vaxtıdır – Bakıda belə deyirlər... Bu, o deməkdir ki, münaqişənin həll olunmadığını söyləyən hər kəs müharibə istəyir. Axı müharibə münaqişənin həll variantlarından biridir!

    Brüssel və Moskva formatlarının qarışdırılması elə bir vəziyyətə gətirib çıxarır ki, qərarlar dağınıq şəkildə qəbul edilməlidir. Bu da erməni tərəfinə yaraşmaz. Digər tərəfdən, Ermənistan heç bir şəkildə “status” mövzusunu hər iki formata sıxışdıra bilmir və bu cür təxribatçı səfərlərlə mövcud yollarla əldə olunan nailiyyətləri puça çıxarmaq üçün eskalasiyaya can atır.

    Sosial müdafiə nazirinin son səfəri cavabsız qaldı, lakin Ermənistan sərhəd komissiyası yaratmaq qərarına gəldi.

    Görək, Ermənistan Baş prokurorunun səfərindən sonra erməni tərəfi bu dəfə nə itirəcək...