XƏBƏRLƏR / Siyasət

Paşinyan Qarabağa yardım üçün işçi qrup yaratdı

İşçi qrupuna Səhiyyə Nazirliyi, Sosial Əmək Nazirliyi, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəhbərləri daxil olacaq

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan Laçın yolunda yaranmış durumla bağlı Qarabağ separatçılarına yardım göstərmək və Xankəndidəki qondarma rejimlə birgə vəziyyətə nəzarət üçün işçi qrupunun yaradılması barədə qərar qəbul edib. Paşinyan bu barədə hökumətin iclasında deyib. İşçi qrupuna Ermənistan baş nazirin müavini rəhbərlik edəcək. Paşinyan bildirib ki, Qarabağ ermənilərinə yardım həm də beynəlxalq təşkilatların köməyi ilə göstəriləcək.

    İşçi qrupuna Səhiyyə Nazirliyi, Sosial Əmək Nazirliyi, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəhbərləri daxil olacaq. İclasın gündəliyinə Qarabağ separatçılarına 4 milyard dram (10 milyon dollar) məbləğində əlavə maliyyə yardımının göstərilməsi məsələsi də daxil edilib. Baş nazir həmçinin, Qarabağda "humanitar vəziyyətin pisləşməsi barədə beynəlxalq tərəfdaşları fəal şəkildə məlumatlandırmağa" çağırıb, deyib ki, vəziyyətə maksimum beynəlxalq rezonans verilməlidir.