Paşinyan bu gün Rusiyaya gedir
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya gedir. Paşinyanın sentyabrın 6-dan 9-dək Rusiyaya işgüzar səfəri çərçivəsində prezident Vladimir Putinlə görüşü planlaşdırılır. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Ermənistan hökumətinin başçısı Vladivostokda keçiriləcək VII Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya doğru” mövzusundakı plenar iclasda iştirak edəcək. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və digər dövlət başçıları iştirak edəcək.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Putin və Paşinyan Rusiya-Ermənistan münasibətlərinin əsas aspektlərini, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın artırılması perspektivlərini də müzakirə edəcəklər.