XƏBƏRLƏR / Siyasət

Paşinyan Arayiki qəbul etdi

Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan iki gündür bir dəstə erməni ilə Xankəndidən İrəvana gedib

Paşinyan Arayiki qəbul etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanı qəbul edib. Məlumatı hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan yayıb. O, qapalı keçən görüşün təfərrüatlarını açıqlamayıb. “Oxşar görüşlər vaxtaşırı olur”, - hökumət rəsmisi əlavə fikir bildirməyib.

    Ermənistan KİV-ləri yazıb ki, Qarabağdan olan nümayəndə heyəti Ermənistan hakimiyyəti ilə Praqa görüşündən sonra yaranmış vəziyyəti müzakirə etmək üçün İrəvandadır.

    Arayikin Xankəndidən İrəvana apardığı separatçılar qondarma “parlamentin sədri” Artur Tovmasyan, “xarici işlər naziri” Davit Babayan, “deputat” Vahram Balayan və “müşavir” Masis Mayilyandır.