XƏBƏRLƏR / İctimaiyyət

Özbəkistan prezidenti Füzuliyə səfər edəcək

Şavkat Mirziyoyev Daşkənddə Novruz bayramı ilə bağlı Azərbaycan sərgisini ziyarət edib

Özbəkistan prezidenti Füzuliyə səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan prezidenti Şavkat Mirziyoyev sentyabrda Azərbaycana səfər edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilir ki, Mirziyoyev Daşkənddə Novruz bayramı ilə bağlı Azərbaycan diasporunun da iştirak etdiyi tədbirdə Azərbaycan sərgisini ziyarət edib, Azərbaycan diasporunun üzvləri ilə görüşüb. Söhbət zamanı o, sentyabrda Azərbaycana səfər edəcəyini və səfər çərçivəsində Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılış mərasimində iştirak edəcəyini bildirib.