XƏBƏRLƏR / İqtisadiyyat

Özbəkistan Azərbaycana avtomobil hissələri göndərib

Avtomobil hissələri Türkmənistanın Türkmənbaşı dəniz limanı vasitəsilə çatdırılıb

Özbəkistan Azərbaycana avtomobil hissələri göndərib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Özbəkistan Türkmənbaşı dəniz limanı vasitəsilə Azərbaycana avtomobil hissələrinin böyük partiyasını çatdırıb.

    Özbəkistan Türkmənbaşı dəniz limanı vasitəsilə Azərbaycana avtomobil hissələrinin böyük partiyasını çatdırıb

    Türkmənbaşı Beynəlxalq Dəniz Limanı vasitəsilə tranzit olaraq Özbəkistandan Azərbaycana yüzdən çox 40 futluq konteyner göndərilib.

    Avtomobil hissələri ilə yüklənmiş konteynerlər Azərbaycanın “Azərmaş” şirkəti üçün nəzərdə tutulub, bu barədə Türkmənistanın Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb.

    Avtomobil sənayesində istifadə olunan ehtiyat hissələri “Uzavto Motors” şirkətindən daşınıb, liman vasitəsilə yüklərin daşınması isə Türkmənistan ASC-nin Nəqliyyat və Logistika Mərkəzi tərəfindən həyata keçirilib.

    Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar ayından Türkmənistanın “Morskoy Ticarət Donanması” QSC Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə fider konteyner daşımaları üçün “Balkan” gəmisindən istifadə etməyə başlayıb.