XƏBƏRLƏR / İctimaiyyət

Ötən il dünya üzrə ölən jurnalistlərin sayı açıqlandı

Bu barədə "Kommersant" xəbər verir

Ötən il dünya üzrə ölən jurnalistlərin sayı açıqlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya üzrə 2022-ci ildə həyatını itirən media nümayəndələrinin sayı açıqlanıb. "Kommersant" xəbər verir ki, ötən il 67 jurnalist həyatla vidalaşıb. Məlumata görə, bu, 2021-ci ilin göstəricisindən 50 faiz çoxdur. Son 4 ilin statistikası nəzərə alınsa, ən çox jurnalist ölümü faktı məhz 2022-ci ildə qeydə alınıb. Ən az belə fakt isə 2018-ci ildə müşahidə olunub.

    Bildirilib ki, onların əksəriyyəti Ukraynada - müharibəni işıqlandırarkən həlak olublar.