XƏBƏRLƏR / Hərbi

Ötən həftə 754 hektar ərazi minalardan təmizlənib

Bu barədə ANAMA-dan bildiriblər

Ötən həftə 754 hektar ərazi minalardan təmizlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

    ANAMA-dan bildiriblər ki, martın 6-dan 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Ötən həftə 754 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.