XƏBƏRLƏR / İctimaiyyət

Orxan Əsgərovun yas mərasimi keçirilir

Mərhumun cənazəsinin bu gün axşam saatlarında Bakıya gətirləcəyi gözlənilir

Orxan Əsgərovun yas mərasimi keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.

    Yas mərasimi O.Əsgərovun Yasamal rayonunda yaşadığı ünvanda təşkil olunub.

    Mərhumun cənazəsinin bu gün axşam saatlarında Bakıya gətirləcəyi gözlənilir. Dəfn mərasiminin sabah keçirilməsi planlaşdırılır. Orxan Əsgərovun nəşi Bakıdakı İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

    Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.