XƏBƏRLƏR / Neft və Qaz

OPEC: Azərbaycanda maye karbohidrogenlərin hasilatı artacaq

Artım “Şahdəniz” və “Abşeron” qaz-kondensat yataqları hesabına baş verəcək

OPEC: Azərbaycanda maye karbohidrogenlərin hasilatı artacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • OPEC 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin (LHC) hasilatının sutkada 60 min barel artacağını proqnozlaşdırır.

    “OPEC+ Nazirlərin 33-cü Toplantısında razılaşdırılmış könüllü hasilat düzəlişlərinə uyğun olaraq, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatının sutkada 60 min barel artaraq orta hesabla 0,8 milyon barel səviyyəsinə çatacağı proqnozlaşdırılır”, - aylıq məlumatda deyilir. 

    OPEC qeyd edir ki, artım “Şahdəniz” və “Abşeron” qaz-kondensat yataqları hesabına baş verəcək. “Azəri-Çıraq-Günəşli” blokunda “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində 2023-cü ildə hasilat başlandıqdan sonra hasilat daha da arta bilər”, - təşkilat hesab edir.

    OPEC-in hesablamalarına görə, 2022-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 0,7 milyon barel təşkil edəcək (2021-ci illə müqayisədə -34 min barel).

    “Gözlənilir ki, köhnə yataqlardakı əsas azalma Xəzərin Azərbaycan sektorunda qaz hasilat imkanlarını artıran BP-nin rəhbərliyi altında “Şahdəniz” kimi digər yataqlarda hasilatın artması ilə kompensasiya olunacaq”, - OPEC bildirib.